Modern.az

Gürcüstanda yol qəzalarında REKORD

Gürcüstanda yol qəzalarında REKORD

Dünya

14 Aprel 2024, 16:09

2023-cü ildə Gürcüstanda qeydə alınan yol qəzalarının sayı 14% artaraq rekord həddə - 55,6 minə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Statistika Komitəsi məlumat dərc edib.

 

Buna baxmayaraq, qəzalarda xəsarət alanların sayı 7 310 nəfərə düşüb ki, bu da əvvəlki illə müqayisədə 200 nəfər azdır.

 

Yol hadisələri zamanı 442 nəfər ölüb ki, bu da 2022-ci illə müqayisədə 12 nəfər çoxdur.

 

Son 5 ildə isə Gürcüstanda nəqliyyat vasitələrinin sayı 391 min artaraq 1,68 milyona çatıb.

 

Qeyd edək ki ölkə əhalisinin sayı 3,7 milyon nəfərdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi