Modern.az

İrandan qorunmaq üçün İsrail bu qədər xərcləyib

İrandan qorunmaq üçün İsrail bu qədər xərcləyib

Dünya

14 Aprel 2024, 15:49

İranın yüzlərlə raket və pilotsuz uçuş aparatını dəf etmək İsrailə bir gecədə 1,3 milyard dollara başa gələ bilərdi.

 

Modern.az “Ynet” portalına istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargahının maliyyə üzrə keçmiş müşaviri, ehtiyatda olan briqada generalı Ram Aminah bildirib.

 

“Bir gecədə dörd-beş milyard şekel (1-1,3 milyard ABŞ dolları - Qeyd)” deyə, general bildirib ki, bu məbləğ İranın özünün hücuma görə ödədiyi məbləğdən xeyli çoxdur. 

 

Bu səbəbdən İsrail Baş Qərargahının keçmiş müşaviri ölkənin müdafiə büdcəsini artırmağa çağırıb:

 

“Digər tərəfdən yeni müdafiə xərcləri iqtisadi artım potensialına mane ola bilər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi