Modern.az

İsrail İrana görə əməliyyatı təxirə saldı

İsrail İrana görə əməliyyatı təxirə saldı

15 Aprel 2024, 19:27

İsrail Müdafiə Qüvvələri İranın zərbələrinə cavab verməyə hazırlaşdığı üçün Qəzza zolağında yerləşən Rəfahdakı quru əməliyyatını təxirə salıb.

 

Modern.az xəbər verir ki, bu barədə CNN telekanalının iki israilli mənbəyə istinadən məlumat yayıb.

 

Bildirilir ki, İsrail bu həftə Rəfahda qurudan hücumda ilk addımları atmağa hazırlaşır.

 

Telekanalın mənbələrindən birinin məlumatına görə, bu gün, aprelin 15-də İsrail Hərbi Hava Qüvvələri şəhərə yerli sakinlər üçün təxliyənin zəruriliyi barədə vərəqələr səpməyi planlaşdırıb.

 

CNN-ə danışan başqa bir mənbə iddia edir ki, mülki şəxslərin təxliyə vaxtının müəyyən edilməməsinə baxmayaraq, İsrail hələ də Rəfahda əməliyyata başlamaqda “qətiyyətdədir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı