Modern.az

Patruşev həmkarı ilə İranın hücumunu müzakirə etdi 

Patruşev həmkarı ilə İranın hücumunu müzakirə etdi 

15 Aprel 2024, 21:15

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaçi Haneqbi ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Təhlükəsizlik Şurası məlumat yayıb.

 

Telefon danışığı zamanı Yaxın Şərqdə münaqişənin qarşısını almaq üçün bütün tərəflərin təmkinli olmasının vacibliyi diqqətə çatdırılıb.

 

“Söhbət zamanı vurğulanıb ki, Rusiya fikir ayrılıqlarının müstəsna olaraq siyasi və diplomatik yollarla həllinin tərəfdarıdır", - açıqlamada bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı