Modern.az

Çerniqova raket hücumu nəticəsində 4 nəfər həlak olub

Çerniqova raket hücumu nəticəsində 4 nəfər həlak olub

Dünya

17 Aprel 2024, 11:57

Rusiya qüvvələrinin Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində 4 nəfərin öldüyü məlumdur.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu yerli rəhbər Aleksandr Lomako telemarafonda deyib.

 

Onun sözlərinə görə, 8 mərtəbəli sosial infrastruktur binasına, eləcə də yaxınlıqdakı avtomobillərə ziyan dəyib. Qurbanların və yaralananların sayı dəqiqləşdirilir və daha çox ola bilər.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək