Modern.az

Qırğızıstan Prezidenti Qazaxıstana gedəcək

Qırğızıstan Prezidenti Qazaxıstana gedəcək

17 Aprel 2024, 13:38

Qırğızıstan Prezidenti Sadır Japarov Qazaxıstana rəsmi səfər edəcək.

 

Modern.az Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.

 

“Səfər 18-19 aprel tarixlərində baş tutacaq. Səfər zamanı dövlət başçısı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə ikitərəfli danışıqlar aparacaq. Tərəflər qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əməkdaşlığın cari məsələlərini, həmçinin Qırğızıstan-Qazaxıstan münasibətlərinin inkişaf perspektivlərini müzakirə edəcəklər”, - o bildirib.

 

Səfər çərçivəsində S.Japarov Qırğızıstan və Qazaxıstan Ali Dövlətlərarası Şurasının altıncı iclasında iştirak edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!