Modern.az

Avropa İttifaqından Gürcüstana "xarici agentlər" qanunu barədə 4-cü ÇAĞIRIŞ

Avropa İttifaqından Gürcüstana

Dünya

17 Aprel 2024, 17:47

“Aİ Gürcüstanı ölkənin Avropa İttifaqına gedən yoluna təhlükə yarada biləcək qanunları qəbul etməkdən çəkinməyə çağırır”.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Bəyanat Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borel və Avropa Qonşuluq və Genişlənmə Siyasəti üzrə Avropa Komissarı Oliver Varelinin adından verilib.

 

Bu, Aİ-nin xarici agentlər haqqında qanunla bağlı son günlərdə dördüncü açıqlamasıdır. Brüssel Tiflisdə baş verənləri “narahatedici” kimi xarakterizə edib. Həmçinin qeyd olunub ki, qanunun qəbul edilməməsi ilə bağlı əvvəlki çağırışlara məhəl qoyulmayıb.

Bu xəbər ilə bağlı
Gürcüstan parlamenti "xarici agentlər" qanununu ilk oxunuşda QƏBUL ETDİ
Xəbəri oxu
Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü