Modern.az

Zelenski NATO-nun iclasında iştirak edəcək 

Zelenski NATO-nun iclasında iştirak edəcək 

Dünya

17 Aprel 2024, 20:25

Aprelin 19-da Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Çexiya, Danimarka və Niderlandın Baş nazirləri ilə keçirdiyi birgə mətbuat konfransında söyləyib.

 

“İlk növbədə, Prezident Zelenski Ukrayna-NATO Şurası iclasının keçirilməsini istəyib. Biz aprelin 19-da iclas çağıracağıq. Bu, Prezident Zelenski ilə, daha sonra müdafiə nazirləri ilə görüş olacaq. Ukraynaya daha çox dəstəyə təcili ehtiyac var”, - deyə Stoltenberq qeyd edib.

 

NATO-nun Baş katib bildirib ki, iclasda Ukraynaya hava hücumundan müdafiə və artilleriya mərmilərinin yardımı məsələsi müzakirə ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü