Modern.az

Mirziyoyev Tacikistana GEDİB

Mirziyoyev Tacikistana GEDİB

18 Aprel 2024, 09:32

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə bu ölkəyə dövlət səfərinə gedib.

 

Modern.az xəbər verir ki, bu barədə "Kun.uz" məlumat yayıb.

 

Düşənbədə olma proqramına uyğun olaraq, ən yüksək səviyyədə danışıqlar, bir sıra ikitərəfli görüşlər və birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

 

Danışıqlar nəticəsində müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə və inkişafına yönəlmiş sazişlər paketinin qəbul edilməsi planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı