Modern.az

Baş nazirin partiyası seçkilərdə qələbə qazandı

Baş nazirin partiyası seçkilərdə qələbə qazandı

Dünya

18 Aprel 2024, 13:49

Xorvatiyada keçirilən 17 aprel tarixli növbədənkənar parlament seçkiləri baş nazir Andrey Plenkoviçin hakim Xorvatiya Demokratik İttifaqı Partiyasının qələbəsi ilə başa çatıb. Əgər o, koalisiya hökuməti qura bilsə, rəsmi Zaqrebin xarici siyasətində, o cümlədən Rusiya və Ukrayna istiqamətlərində ciddi dəyişikliklər baş verməyəcək.

Modern.az xəbər verir ki, baş nazir Andrej Plenkovic hakim partiyanın üçüncü dəfə parlament seçkilərində inamla qalib gəldiyini elan edib.

İlkin məlumatlara görə, hakim Xorvatiya Demokratik İttifaqı Partiyası 151 yerlik parlamentdə 61 deputat mandatı, onun əsas rəqibləri olan Sosial Demokrat Partiyası  isə 42 deputat mandatı qazanıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi