Modern.az

Rusiya İrəvandan cavab TƏLƏB ETDİ

Rusiya İrəvandan cavab TƏLƏB ETDİ

Dünya

18 Aprel 2024, 14:18

Rusiya rəsmi İrəvandan rus qoşunlarının Ermənistandan çıxarılması planlarının İrəvan, Brüssel və Vaşinqton arasında razılaşdırıldığı barədə məlumatlara aydın cavab gözləyir.

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

“Əvvəllər onlar İrəvanda açıq şəkildə əmin etdilər ki, Qərb ölkələri ilə münasibətlərin inkişafı üçüncü ölkələrə qarşı yönəlməyib. Bu amillərin məcmusunu gözləyərək, ortaya çıxan məlumatlara Ermənistan hakimiyyətindən aydın cavab gözləyirik. Təbii ki, o məlumatı təkzib etmək ideal olardı, amma hər halda söhbət rəsmi İrəvandan gedir”, - Zaxarova bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi