Modern.az

ABŞ və Çinin böyük büdcə kəsiri qlobal iqtisadiyyatı risk altına qoyur - FT

ABŞ və Çinin böyük büdcə kəsiri qlobal iqtisadiyyatı risk altına qoyur - FT

Dünya

18 Aprel 2024, 15:24

ABŞ və Çinin böyük büdcə kəsiri inflyasiyanı artırır və qlobal iqtisadiyyatı əhəmiyyətli risk altına qoyur.

 

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

 

Nəşr BVF-nin hesabatına istinadən yazır ki, gələn il Amerika büdcə kəsirinin 7,1% civarında olacağı proqnozlaşdırılır. Bu da iqtisadi cəhətdən inkişaf etmiş digər ölkələrlə müqayisədə 2 dəfə çoxdur.

 

Çində bu rəqəm 7,6% təşkil edir.

 

“Birləşmiş Ştatlar və Çin fondun xərclər və gəlirlər arasındakı əsas disbalansı aradan qaldırmaq üçün siyasət tədbirlərinə ciddi ehtiyac duyduqlarına inandığı 4 ölkə arasındadır”, - materialda deyilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü