Modern.az

Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...

Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...

Dünya

18 Aprel 2024, 15:44

Almaniya prezidenti Frank Valter Ştaynmayer 22-24 aprel tarixlərində Türkiyəyə səfəri zamanı Berlindən özü ilə 60 kiloqram dönər gətirəcək.

 

Modern.az "Anadolu"ya istinadən xəbər verir ki, Berlində dönər satışı ilə məşğul olan Arif Keleş də Türkiyəyə səfər edəcək heyətin tərkibinə daxil edilib.

 

O, aprelin 22-i axşam İstanbulda dönər süfrəsi verəcəyini bildirib. Keleş Ştaynmayerin heyətində olduğu üçün xoşbəxt olduğunu söyləyib: "Əlbəttə, Prezidentdən belə bir dəvət almaq qürurvericidir. Üç günlük səfərdə mənim də iştirak etməyimi istədilər".

 

"Babamdan bu yana üçüncü nəsil olaraq Berlində 40 ildir ki, dönərxanamız var. İstanbula öz dönərlərimizi və souslarımızı gətiririk. Əldə etdiyim məlumata görə, cənab prezident Ştaynmayer bəzilərinə özü xidmət etmək istəyir".

 

Keleş Almaniya millisinin oyunçularının da onların mağazasına gəldiyini deyib: "Antonio Rüdiger gənclər komandasında futbol oynayarkən bizim dükandan dönər alırdı. Sonra milli komanda oyunçuları ilə dönər yemək üçün gəldilər. Daha sonra "Real Madrid" komandası gələndə hoteldə onlara dönər verdik”.

 

O, Almaniyada dönər satışının 7 milyard avro dövriyyəyə malik olduğunu qeyd edib. Keleş əlavə edib ki, dönər Almaniyada hazır qida sənayesində birinci yerdədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi