Modern.az

ABŞ və Avropada Rusiya qüvvələrinin Ukraynadakı irəliləyişi haqda nə düşünürlər?

ABŞ və Avropada Rusiya qüvvələrinin Ukraynadakı irəliləyişi haqda nə düşünürlər?

Dünya

18 Aprel 2024, 17:45

ABŞ və Avropada Rusiya qoşunlarının yaxın həftələrdə Ukraynanın müdafiə xəttini keçərək ölkə içində daha da irəliləyəcəyi ilə bağlı qorxular artır.

 

Modern.az xəbər verir ki, bunu “Bloomberg” agentliyi yazıb. 

 

Məlumata görə, hazırda Rusiya Silahlı Qüvvələri Çasov Yarın kənarında yerləşir və onun uğrunda gedən döyüşün nəticəsi bütün regionun müdafiəsi üçün həlledici olacaq.

 

Qeyd olunub ki, Ukrayna hava hücumundan müdafiə raketlərinin olmaması səbəbindən ölkənin enerji infrastrukturunun dağıntıları ilə üzləşir. Ordusunu gücləndirmək üçün Kiyev səfərbərlik haqqında yeni qanun qəbul edib.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi