Modern.az

İrana qarşı yeni SANKSİYALAR

İrana qarşı yeni SANKSİYALAR

Dünya

18 Aprel 2024, 19:22

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi İranın pilotsuz uçuş aparatları (PUA) istehsalı və sınaqları ilə bağlı 16 fiziki şəxs və iki quruma sanksiya tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə İdarənin mətbuat xidməti məlumat yayıb.

 

İranın avtomobil istehsalçısı "Bahman Group" və onun üç törəmə şirkəti də "qara siyahı"ya salınıb.

 

Böyük Britaniya isə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz qüvvələrinə və İran Silahlı Qüvvələrinin Baş Qərargahına qarşı sanksiyalar elan edib. Britaniyanın sanksiyaları İrandakı yeddi fiziki şəxsə və altı quruma təsir edib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi