Modern.az

Lui Bono Gürcüstanda səfərdədir

Lui Bono Gürcüstanda səfərdədir

Dünya

18 Aprel 2024, 19:53

ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Gürcüstanda səfərdədir.

 

Modern.az xəbər verir ki, məlumatı Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvledianinin Ofisi yayıb.

 

Bildirilib ki, gürcü nazir Lui Bononu Gürcüstanda həyata keçirilən sosial-iqtisadi təşəbbüslər və barışıq siyasəti barəsində məlumatlandırıb.

 

Nazir Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyinə görə ABŞ-yə təşəkkür edib.

 

“Tərəflər yaxından əməkdaşlığı davam etdirməkdə razılaşıblar”, – məlumatda bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir