Modern.az

Selə görə 634 neft quyusunun istismarı dayandırıldı 

Selə görə 634 neft quyusunun istismarı dayandırıldı 

Dünya

18 Aprel 2024, 20:18

Qazaxıstanın Aktobe və Atırau vilayətlərində sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb.

 

Modern.as Qazaxıstanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, neft hasilatında itkilər 16 min ton təşkil edib.

 

Sonradan 141 quyunun işi bərpa olunub. Lakin 493 quyudan hələ də hasilat həyata keçirilmir.

 

Nazirliyin məlumatına əsasən, suyun çəkilməsi, torpağın tökülməsi, quyuların enerjisizləşdirilməsi və kip bağlanması, həmçinin bəndlərin hündürləşdirilməsi və möhkəmləndirilməsi üzrə işlər aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi