Modern.az

Zəlzələ tikililərə ziyan vurdu - FOTO

Zəlzələ tikililərə ziyan vurdu - FOTO

Dünya

18 Aprel 2024, 21:52

Türkiyənin Tokat vilayətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində bir sıra tikiliyə ciddi zərər dəyib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

 

Məlumata əsasən, Tokatın müxtəlif bölgələrində bir ev və iki məscidin minarələri dağılıb. Yeraltı təkanların təsirindən Yozqat şəhərinin də müxtəlif məhəllələrində üç ev çöküb. Təbiət hadisəsi zamanı Tokatda bir nəfər xəsarət alıb.

 

Hadisə yerlərinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi