Modern.az

ABŞ Fələstinin BMT-yə üzv olmasına qarşıdır

ABŞ Fələstinin BMT-yə üzv olmasına qarşıdır

18 Aprel 2024, 23:14

Birləşmiş Ştatlar Fələstinin BMT-yə tamhüquqlu üzvlüyü ilə bağlı qətnamə layihəsinin əleyhinə səs vermək niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel məlumat verib.

 

O, Birləşmiş Ştatların Fələstin-İsrail münaqişəsinin “iki dövlət” həllinə sadiq olduğunu təsdiqləyib, lakin BMT-ni “tələsik hərəkətlərdən” çəkinməsi ilə bağlı xəbərdarlıq edib.

 

Patelin sözlərinə görə, bu hərəkətlər Fələstinin dövlətçilik əldə etməsinə kömək etməyəcək. O vurğulayıb ki, regionda sabit sülh yalnız “iki dövlət” prinsipi əsasında, eləcə də İsrailin təhlükəsizliyinin təmin olunması şərti ilə bərqərar olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir