Modern.az

Zelenski Çasiv Yarda

Zelenski Çasiv Yarda

19 Aprel 2024, 17:14

Ukrayna prezidenti Volodimir Zelenski cəbhə xəttində yerləşən Çasiv Yar şəhərinə səfər edib.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Zelenski Donetsk vilayətinə səfəri zamanı Rusiya ordusunun növbəti hədəfi hesab edilən Ukraynanın şərqindəki Çasiv Yar şəhərində olub.

 

Cəbhə xətti şəhər hüdudlarından bir neçə kilometr keçir, qəsəbənin özü Rusiya Silahlı Qüvvələrinin davamlı atəşinə məruz qalır. Çasiv Yar Rusiya ordusunun ötən il işğal edə bildiyi Baxmut yaxınlığında yerləşir. Şəhərə çatan Zelenski Çasiv Yarı müdafiə edən əsgərlərə medallar təqdim edib.

 

Bundan əvvəl Ukrayna prezidenti Slavyansk şəhərindəki xəstəxanada yaralılara baş çəkib və yeni müdafiə mövqelərinin genişləndirilməsi ilə tanış olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir