Modern.az

Almaniya yeni “Patriot” sistemləri almağı düşünür

Almaniya yeni “Patriot” sistemləri almağı düşünür

Dünya

20 Aprel 2024, 00:13

Almaniya səlahiyyətliləri dörd ədəd “Patriot” hava hücumundan müdafiə sisteminin alınması imkanını araşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrinə istinadla məlumat yayıb.

 

Bildirilib ki, hazırda Almaniya hökuməti mart ayında elan edilmiş dörd “Patriot” akkumulyatorunun tədarükü üçün ABŞ şirkəti “Raytheon” ilə bağlanmış müqaviləyə əlavə olaraq, yeni hava hücumundan müdafiə sistemlərinin alınmasının necə maliyyələşdirilməsini nəzərdən keçirir. Qeyd edilir ki, əlavə sistemlərin alınması təsdiqlənərsə, “Patriot”ların alış əməliyyatının dəyəri 2,6 milyard dollara çata bilər.

 

Aprelin 13-də Almaniya Müdafiə Nazirliyi Berlinin tezliklə Ukraynaya Bundesver ehtiyatlarından daha bir “Patriot” sistemi göndərəcəyini açıqlayıb. İndiyədək Kiyev hakimiyyəti Almaniyadan iki “Patriot” sistemi alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi