Modern.az

ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşırıq

ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşırıq

Dünya

20 Aprel 2024, 20:40

Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır. Sənəd ABŞ Konqresində Ukraynaya yardımın nəzərdən keçirilməsi tamamlandıqdan sonra imzalana bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

 

“Bizim artıq 9 müqaviləmiz var, Konqresdə Ukraynaya yardıma dair qərar qəbul edildikdən sonra biz Birləşmiş Ştatlarla bu vacib razılaşmaya gələcəyik”, - deyə Zelenski əlavə edib.

 

Onun sözlərinə görə, bu, təkcə ABŞ-ın Ukraynaya hərbi dəstəyinə aid deyil, həm də humanitar aspektlərə, yenidənqurma, maliyyə dəstəyi və enerjiyə təsir göstərir.

 

Qeyd edək ki, keçən il G7 ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında ümumi bəyannamə imzalayıb. Ukraynaya hərbi və ya maliyyə yardımı göstərmək üçün ikitərəfli səviyyədə razılığa gəlməyə hazır olan istənilən ölkə bu bəyannaməyə qoşula bilər. Artıq Britaniya, Kanada, Almaniya, Fransa, Danimarka, İtaliya, Finlandiya, Niderland və Latviya ilə təhlükəsizlik zəmanəti müqavilələri imzalanıb.

 

Prezident Ofisinin rəhbəri Andrey Yermak isə bildirib ki, ABŞ-la təhlükəsizlik təminatı haqqında saziş Amerikanın İsraillə memorandumundan pis olmamalıdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İran çalxalanır- Rəisinin dəfnindən dəhşətli görüntülər