Modern.az

ABŞ Konqresi Ukrayna və İsrailə yardım ayrılmasına dedi

ABŞ Konqresi Ukrayna və İsrailə yardım ayrılmasına HƏ dedi

Dünya

20 Aprel 2024, 22:23

ABŞ Konqresinin aşağı palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib.

 

Modern.az xəbər verir ki,  qanun layihəsi ABŞ Konqresinin Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasında lazımi səsləri toplayıb.

 

Qanun layihəsi dondurulmuş Rusiya aktivlərinin Ukraynaya təhvil verilməsini, habelə Ukrayna, İsrail və Tayvana hərbi yardımı əhatə edir.

 

Qanun layihəsi Senatda da səsverməyə çıxarılacaq, burada Ukraynaya yardım qanunvericilərin əksəriyyəti tərəfindən dəstəklənəcək.

 

Qanun layihəsinə görə, ABŞ Ukraynaya yardım üçün 61 milyard dollar ayıracaq, İsrail 26 milyard dollar alacaq, daha 8,12 milyard dollar isə Hind-Sakit okean regionuna gedəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi