Modern.az

Zelenski 61 milyarda görə ABŞ-a təşəkkür etdi 

Zelenski 61 milyarda görə ABŞ-a təşəkkür etdi 

Dünya

20 Aprel 2024, 23:19

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə hərbi yardımı ehtivan edən qanun layihəsini təsdiqlədiyinə görə ABŞ Konqresinin Nümayəndələr Palatasına təşəkkür edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.

 

O, layihənin Senatda da dəstəklənəcəyinə ümid etdiyini söyləyib.

 

“Demokratiya və azadlıq həmişə qlobal önəmə malik olacaq və Amerika onu qorumağa kömək etdikcə, heç vaxt uğursuz olmayacaq. ABŞ Nümayəndələr Palatasının bu gün qəbul etdiyi həyati vacib yardım haqqında qanun layihəsi müharibənin genişlənməsinin qarşısını alacaq, minlərlə və minlərlə insanın həyatını qurtaracaq və hər iki xalqımızın daha da güclənməsinə kömək edəcək.

 

Ədalətli sülh və təhlükəsizlik yalnız güclə əldə edilə bilər.

 

Ümid edirik ki, qanun layihələri Senatda dəstəklənəcək və Prezident Baydenin masasına göndəriləcək. Təşəkkürlər, Amerika!”, – o bildirib.

 

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi