Modern.az

İsraildən Livandakı hərbi obyektlərə zərbələr

İsraildən Livandakı hərbi obyektlərə zərbələr

Dünya

21 Aprel 2024, 11:55

İsrail Livanda hərbi obyektlərə zərbələr endirib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

 

Müdafiə Qüvvələri Livanın cənubundakı Hizbullah hərbi obyektlərinə hücumlar təşkil etdiyini açıqlayıb.

 

“Gecə ərzində qırıcı təyyarələr bir sıra hədəflərə, o cümlədən Odise bölgəsindəki müşahidə məntəqəsinə və Xiam bölgəsindəki iki hərbi obyektə hücum edib”, - məlumatda deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi