Modern.az

Azərbaycanla Ermənistan arasında sürətli irəliləyişləri gözləyirik - Norveç XİN

Azərbaycanla Ermənistan arasında sürətli irəliləyişləri gözləyirik - Norveç XİN

Dünya

21 Aprel 2024, 16:37

Norveç Azərbaycanla Ermənistan arasında regiona fayda verəcək sürətli irəliləyişləri gözləyir.

 

Modern.az xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin dövlət katibi Eyvind Vad Peterssonun "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.

 

“Norveç Ermənistan ilə Azərbaycan arasında sərhədin delimitasiyası prosesində razılaşmanın əldə olunması barədə sevindirici xəbəri alqışlayır, biz bu mühüm işdə hər iki ölkəyə və bütün regiona fayda verəcək nəticələrə nail olmaq üçün sürətli irəliləyişi gözləyirik”, - paylaşımda qeyd edilir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi