Modern.az

Qarabağdan çıxarılan rus qoşunları Ukraynaya GÖNDƏRİLİR?

Qarabağdan çıxarılan rus qoşunları Ukraynaya GÖNDƏRİLİR?

Dünya

21 Aprel 2024, 22:08

Bu həftə Rusiya sülhməramlı qüvvələrini Qarabağdan çıxarmağa başlayıb.

 

Modern.az xəbər verir ki, sülhməramlılar texnikaları ilk birlikdə dəmir yolu vasitəsilə Dağıstana daşınır.

 

Almaniyanın "Bild" nəşri yazır ki, bu kontingentin Ukraynaya göndərilə biləcəyi ilə bağlı narahatlıqlar var.

 

 “Sülhməramlılar onlarla nisbətən yeni BTR-82A zirehli transportyorları ilə silahlanmışdılar. Ukraynada cəbhə xəttində Rusiya ordusunun müasir piyada döyüş maşınlarına və zirehli transportyorlara ciddi ehtiyacı var", - məqalədə deyilir.

 

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi