Modern.az

Kadırovun qızına mükafat VERİLDİ

Kadırovun qızına mükafat VERİLDİ

Dünya

21 Aprel 2024, 23:47

Çeçenistan rəhbəri Ramzan Kadırovun 19 yaşlı qızı Təbarik Kadırova mükafatlandırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə onun bacısı, Çeçenistan başçısı və hökuməti administrasiyası rəhbərinin birinci müavini Xədicət Kadırova məlumat verib.

 

Ona “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı verilib.

 

Xədicət Kadırovanın sözlərinə görə, onun bacısı “sahibkarlığın inkişafına və regionun investisiya cəlbediciliyinə” töhfəsinə görə mükafatlandırılıb.

 

Kadırova deyib ki, Təbarikin işə “innovativ yanaşması” sayəsində Çeçenistanda kiçik və orta biznesin vəziyyəti yaxşılaşır.

 

Qeyd edək ki, ötən il Ramzan Kadırovun 15 yaşlı oğlu Adəm də bir sıra mükafatlara layiq görülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi