Modern.az

Kobaxidze Macarıstana GEDİR

Kobaxidze Macarıstana GEDİR

22 Aprel 2024, 11:23

Gürcüstanın baş naziri İrakli Kobaxidze aprelin 24-25-də Macarıstana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin saytında dərc olunan məlumatda deyilir.

 

Məlumata görə, nümayəndə heyətinin tərkibinə xarici işlər naziri İlya Darçiaşvili və administrasiya rəhbəri Levan Joliani də daxildir.

 

“Gürcü arzusu” hökuməti Macarıstanın baş naziri Viktor Orbanı özünün strateji tərəfdaşı, həmfikir adamı və Avropadakı əsas müttəfiqi hesab edir. Xüsusilə, o, Aİ-yə üzv olmaq üçün Gürcüstana namizəd statusunun verilməsini fəal dəstəkləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR