Modern.az

Latviya 2-ci xarici dil kimi ruscadan imtina edəcək

Latviya 2-ci xarici dil kimi ruscadan imtina edəcək

Dünya

23 Aprel 2024, 16:42

Latviya 2026-cı ilə qədər məktəblərdə ikinci xarici dil kimi rus dilindən imtina edəcək.

 

Modern.az "Delfi"yə istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi Əsas Təhsilin Dövlət Standartı haqqında Qaydalarda nəzərdə tutulub.

 

Hazırda Latviya məktəbliləri ilk xarici dil kimi ingilis dilini öyrənirlər. 4-cü sinifə ikinci xarici dil əlavə olunur və Təhsil Nazirliyinin məlumatına görə, məktəblərin demək olar ki, yarısında bu, rus dilidir. Yalnız 2025-ci il sentyabrın 1-dək bu dili seçmiş məktəblilər 9-cu sinfin sonuna qədər bu dili öyrənə biləcəklər.

 

Sonra ikinci xarici dil yalnız Avropa İttifaqının və ya Avropa İqtisadi Birliyinin rəsmi dillərindən biri ola bilər və ya təhsillə bağlı hökumətlərarası sazişlərdə müəyyən edilə bilər. Rus dilinin tədricən alman, fransız və digər dillərlə əvəzlənməsini Nazirlər Kabineti bununla izah edib ki, müəllimlərin hazırlanması üçün vaxt lazımdır - onların sayı kifayət qədər deyil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İran çalxalanır- Rəisinin dəfnindən dəhşətli görüntülər