Modern.az

Kobaxidze “xarici agentlər” qanununun tənqidçilərini “təkəbbürlü və iyrənc" adlandırdı

Kobaxidze “xarici agentlər” qanununun tənqidçilərini “təkəbbürlü və iyrənc

Dünya

23 Aprel 2024, 17:03

Gürcüstanın baş naziri İrakli Kobaxidze “xarici agentlər” haqqında qanun layihəsini tənqid edən avropalı parlamentariləri “təkəbbürlü və iyrənc siyasətçilər” adlandırıb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Kobaxidze layihənin qəbul olunacağına əmin edib.

 

“Bu gün avropalı siyasətçilər məhz ona görə təkəbbür göstərirlər ki, yalanın qapalı dairəsi sındırılmalıdır və üç oxunuşda mütləq qəbul olunacaq “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi də bu məqsədə xidmət edir”, - deyə İrakli Kobaxidze bildirib.

 

Bundan əvvəl Gürcüstan hakimiyyətini davamlı olaraq tənqid edən Avropa Parlamentinin bir neçə üzvü qanun layihəsinin Avropa dəyərlərinə uyğun olmadığını və qəbul ediləcəyi təqdirdə Gürcüstanın Aİ-yə namizəd statusundan məhrum edilməli olduğunu bəyan ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok