Modern.az

Britaniya müdafiə sənayesini müharibə rejiminə keçirir

Britaniya müdafiə sənayesini müharibə rejiminə keçirir

Dünya

23 Aprel 2024, 22:25

Böyük Britaniya müdafiə sənayesini hərbi rejimə keçirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak bildirib.

 

Onun sözlərinə görə, 2030-cu ilə qədər Böyük Britaniya orduya hər il ÜDM-in 2,5%-ni və ya ən azı 87 milyard funt-sterlinq xərcləyəcək.

 

“Britaniya Soyuq Müharibədən bəri ən təhlükəli olan dünyada sakit qala bilməz. Biz Britaniya müdafiə sənayesini müharibə rejiminə keçirəcəyik”, - Sunak Polşaya səfəri zamanı NATO rəhbəri Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında bildirib.

 

Baş nazir deyib ki, Ukraynaya veriləcək 622 milyon dollar yardıma 400 ədəd texnika, 400 milyon patron, hava hücumundan müdafiə sistemləri və "Storm Shadow" raketləri daxildir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok