Modern.az

İlber Ortaylının halı pisləşdi - Uçuş ləğv olundu

İlber Ortaylının halı pisləşdi - Uçuş ləğv olundu

Dünya

24 Aprel 2024, 15:18

Türkiyənin tanınmış tarixçisi, akademik prof. Dr. İlber Ortaylı dünən saat 21:45 radələrində Türk Hava Yollarının (THY) İzmir-İstanbul TK2337 reysi ilə hərəkət edən təyyarədə olarkən vəziyyəti pisləşib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kabin heyəti təyyarə havaya qalxmazdan əvvəl vəziyyəti görüb və pilota məlumat verildikdən sonra uçuş ləğv edilib.

 

76 yaşlı tarixçiyə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib və vəziyyətinin ciddi olmadığı müəyyən edilib. Ortaylının təzyiq problemi səbəbilə halsızlaşdığı məlum olub və uçuşuna heç bir maneə olmadığı üçün təyyarə havaya qalxıb.

 

İlber Ortaylının səhhətinin yaxşı olduğu qeyd olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok