Modern.az

Qəzza zolağına 1 milyard dollarlıq YARDIM

Qəzza zolağına 1 milyard dollarlıq YARDIM

25 Aprel 2024, 00:44

ABŞ prezidenti Co Baydenin aprelin 24-də imzaladığı milli təhlükəsizlik qanununun bir hissəsi olaraq Qəzza zolağına 1 milyard dollar məbləğində humanitar yardım ayrılacaq

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

 

“Bu qanun layihəsinə Qəzza zolağına əlavə humanitar yardım üçün 1 milyard dollar daxildir. Biz dərhal bu yardımı göstərəcəyik və ərzaq, dərman, təmiz su da daxil olmaqla, onun həcmini artıracağıq", - Bayden qeyd edib.

 

O bildirib ki, İsrail bütün bu yardımların Qəzza zolağındakı fələstinlilərə gecikmədən çatmasını təmin etməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım