Modern.az

Ermənistan-Fransa hərbi əməkdaşlığı müzakirə olundu

Ermənistan-Fransa hərbi əməkdaşlığı müzakirə olundu

30 Aprel 2024, 11:49

Ermənistanın Müdafiə Nazirliyində nazir Suren Papikyan Fransa Senatının Xarici Əlaqələr, Müdafiə, Silahlı Qüvvələr və Avropa Məsələləri Komissiyasının üzvü Ronan Le Qloyonu qəbul edib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüşdə Fransanın İrəvandakı səfiri Olivye Dekotini də iştirak edib.

 

Qeyd olunub ki, görüş zamanı Ermənistan və Fransa arasında müdafiə sahəsində ikitərəfli əlaqələr, eləcə də Avropa İttifaqı ilə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

 

"Regional təhlükəsizlik məsələləri və Ermənistan Respublikası Silahlı Qüvvələrində aparılan genişmiqyaslı islahatlar da müzakirə edilib", - deyə bildirilib.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım