Modern.az

Ukrayna XİN-in yeni Viktoriya süni intellekti - VİDEO

Ukrayna XİN-in yeni Viktoriya süni intellekti - VİDEO

Dünya

1 May 2024, 10:52

Ukrayna Xarici İşlər Nazirliyi vətəndaşların konsulluq məsələləri ilə bağlı məlumatlandırılmasında köməkçi olacaq Viktoriya adlı süni intellektini təqdim edib.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, o, əsl insana - ukraynalı müğənni Rozali Nombreyə əsaslanır.

 

Viktoriya xaricdə yüksək səviyyəli tədbirlər zamanı televiziya və radioda çıxış edə biləcək: "Mənim işim ictimaiyyətə operativ və təsdiqlənmiş məlumatları çatdırmaq olacaq".

 

Xarici işlər naziri Dmitri Kuleba vurğulayıb ki, belə bir yenilik vaxta və resurslara qənaət etməyə kömək edəcək və əsl diplomatlar diqqətini digər vəzifələrə yönəltməklə daha səmərəli fəaliyyət göstərə biləcəklər.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım