Modern.az

Gürcüstan vətəndaşı olmaq istəyənlər gürcü dilindən imtahan verəcəklər

Gürcüstan vətəndaşı olmaq istəyənlər gürcü dilindən imtahan verəcəklər

Dünya

1 May 2024, 16:38

Bu gündən etibarən əcnəbilər Gürcüstan vətəndaşlığı üçün müraciət etməzdən əvvəl gürcü dili imtahanı verə biləcəklər.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, imtahanlardan keçmək üçün testlər Ədliyyə Evinin internet saytında yerləşdirilib.

 

Testlərə lüğət, qrammatika və oxuyub-anlama üzrə suallar daxildir.

 

"Nəticələr bir il müddətində qüvvədə olacaq", - hökumətin qərarında deyilir.

 

Sınaq Gürcüstanın xaricdəki diplomatik nümayəndəliklərində və konsulluqlarında mümkün olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər