Modern.az

Malatyada ZƏLZƏLƏ

Malatyada ZƏLZƏLƏ

Dünya

1 May 2024, 17:04

Türkiyənin Malatya vilayətində yenidən zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Pütürge rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 9.8 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım