Modern.az

Sinaqoqa "Molotov kokteyli" atdılar

Sinaqoqa

Dünya

1 May 2024, 18:42

Naməlum şəxslər Varşavanın mərkəzində sinaqoqu yandırmağa cəhd ediblər, insident nəticəsində xəsarət alan olmayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

 

Məlumata görə, naməlum şəxs sinaqoqa "Molotov kokteyli" atıb.

 

Polşa mediası paytaxt polisinin hadisə ilə bağlı məlumatlandırıldığını və artıq araşdırma apardığını bildirir.

 

Polşa Yəhudi İcmaları İttifaqının əsas sinaqoqu olan Zalma və Rivka Nozyk sinaqoqu (Nozik sinaqoqu) Varşavada İkinci Dünya Müharibəsindən sağ çıxan yeganə sinaqoqdur.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım