Modern.az

Qazax istiqamətindəki kənddə sərhəd xətti belə olacaq - Şok xəritə yayıldı

Qazax istiqamətindəki kənddə sərhəd xətti belə olacaq - Şok xəritə yayıldı

Dünya

2 May 2024, 15:56

Ermənistanın Tavuş vilayətinin Azərbaycanla sərhəddə yerləşən Kirants kəndi istiqamətində sərhəd xəttinin haradan keçəcəyinə dair xəritə yayılıb.

 

Modern.az xəbər verir ki, xəritə "Sputnik" agentliyinin Ermənistan bürosunun teleqram kanalında paylaşılıb.

 

Ermənistan Parlamentinin deputatı Qarnik Danielyan xəritədə Kirantsdakı sərhədin razılaşdırılmış koordinatlara uyğun olaraq dəqiq harada olacağını göstərib.

 

Qeyd edək ki, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Kirantsda delimitasiyaya olunan 11 nöqtənin olduğunu bildirib.

13440051344006

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım