Modern.az

Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfərini ləğv etdi

Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfərini ləğv etdi

Dünya

2 May 2024, 22:59

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-a səfər etməkdən imtina edib.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, rəsmi Vaşinqton parlamentdə “Xarici agentlər” haqqında qanun layihəsinə baxılmasını dayandırmağı tələb edib.

 

“Gürcüstanın Baş naziri ABŞ-a səfərə bir şərtlə dəvət olunub ki, səfərdən əvvəl Gürcüstan parlamenti xarici təsirin şəffaflığı haqqında qanun layihəsinə baxılmasını müvəqqəti dayandırsın. Şərti səfərin həyata keçirilməsi qarşılıqlı hörmət və etimada əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir, bu barədə ABŞ səfirinə ətraflı izahat verilib”, - deyə açıqlamada deyilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım