Modern.az

Ruslar Pasxa bayramında da Xarkovu vurdu, yaralılar var 

Ruslar Pasxa bayramında da Xarkovu vurdu, yaralılar var 

Dünya

5 May 2024, 20:38

Mayın 5-də Pasxa bayramında Rusiya ordusu Xarkovun mərkəzini atəşə tutub, yaralılar var.

 

Modern.az xəbər verir ki, bu barədə Xarkov vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib.

 

Xarkov şəhər meri İqor Terexov teleqram səhifəsində yazıb ki, partlayış yaşayış massivində baş verib.

 

“İlkin olaraq beş yaralı ilə məlumat var, müvafiq xidmətlər tərəfindən müayinələr davam etdirilir. Yaralıların sayı artmaqdadır”, - deyə Terexov əlavə edib.

 

Xarkovun mərkəzinin atəşə tutulmasından əlavə, fərdi yaşayış evi də vurulub.

 

Daha iki nəfər xəsarət alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım