Modern.az

Rusiya taktiki nüvə silahından istifadə üzrə təlimlər keçirəcək

Rusiya taktiki nüvə silahından istifadə üzrə təlimlər keçirəcək

6 May 2024, 12:33

Rusiya taktiki nüvə silahından istifadə üzrə təlimlər keçirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

 

Qeyd olunub ki, təlimlərin keçirilməsi əmri “ayrı-ayrı Qərb rəsmilərinin təxribat xarakterli bəyanatlarına və təhdidlərinə cavab olaraq” Vladimir Putin tərəfindən verilib. 

 

Nazirlik "təhlükələrin" nə demək olduğunu dəqiq izah etməyib. “Qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsinin praktiki sınaqları üzrə” təlimi Cənub Hərbi Dairəsinin raket birləşmələri aviasiya və dəniz qüvvələrinin iştirakı ilə keçirəcək.

 

Baş Qərargah artıq təlimlərə hazırlığa başlayıb.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım