Modern.az

Gürcüstanda tələbələr də etiraza BAŞLAYIR

Gürcüstanda tələbələr də etiraza BAŞLAYIR

Dünya

12 May 2024, 13:34

Gürcüstanda tələbələr tətilə və etiraz aksiyasına başlayacaqlar.

 

Modern.az xəbər verir ki, bu barədə Tbilisi Dövlət Universitetinin tələbələri birgə açıqlama ilə çıxış ediblər.

 

Onlar bildiriblər ki, hökumətin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini qəbul etmək niyyətinə cavab olaraq, bazar ertəsindən etibarən auditoriyalara daxil olmaqdan imtina edəcəklər və Gürcüstanda etiraz aksiyası keçirəcəklər.

 

Tələbələr müəllimlərini və digər universitetlərdən olan həmkarlarını da tətilə qoşulmağa çağırırlar.

 

Onlara artıq Şota Rustaveli adına Batumi Dövlət Universitetinin tələbələri, Qriqol Robakidze Universiteti (GRU), Qafqaz Universitetinin tələbə hərəkatı, GIPA Universiteti Tələbə Hərəkatı da qoşulub.

 

Eyni zamanda İliya Universitetinin professor və müəllimləri onlara qoşulacaqlarını bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?