Modern.az

Qəzza zolağında 2 gündə İsrailin 5 hərbçisi ölüb

Qəzza zolağında 2 gündə İsrailin 5 hərbçisi ölüb

12 May 2024, 14:20

Qəzza zolağında HAMAS-a qarşı aparılan hərbi əməliyyatda İsrail Ordusunun daha bir hərbçisi həlak olub.

 

Modern.az-ın xəbərinə görə, bu barədə İsrail Ordusu məlumat yayıb.

 

Qeyd edilib ki, “Naxal” briqadasının döyüşçüsü 20 yaşlı Ariel Tsimm Qəzza şəhərinin Zeytun rayonunda HAMAS silahlıları ilə atışmada ölüb. O, son iki gündə “Naxal” briqadasının həyatını itirən 5-ci hərbçisidir. Mayın 11-də briqadanın 4 döyüşçüsü bu məkanda baş verən partlayışda həlak olub.

 

Beləliklə, Qəzza zolağında quru əməliyyatı başlayandan bu günə qədər İsrail Ordusu 272 hərbçisini itirib. Ümumilikdə, keçən ilin payızında Qəzza sektorunda vəziyyətindən gərginləşməsindən sonra ötən dövr ərzində İsrail Ordusu 620 hərbçisini itirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi