Modern.az

Nigeriyada silahlı hücum - 30 ölü

Nigeriyada silahlı hücum - 30 ölü

Dünya

12 May 2024, 14:50

Nigeriyanın Zamfara əyalətində silahlı dəstə üzvlərinin həyata keçirdikləri hücumlarda 30 nəfər həyatını itirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər veirir ki, bu barədə Zamfara polisinin sözçüsü Yezid Əbu Əbubəkar açıqlama verib.

 

Dəstə üzvləri əyalətin Maradun və Tsafe bölgələrində hücum təşkil ediblər.

 

Hücum bölgəsinə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirən Əbubəkar, əməliyyatlarla bağlı detalların daha sonra veriləcəyini bildirib.

 

Bölgə imamı da daxil olmaqla çox sayda insanın qaçırıldığı qeyd edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi