Modern.az

Zurabişvili müxalifətçilərə xəbərdarlıq etdi

Zurabişvili müxalifətçilərə xəbərdarlıq etdi

Dünya

12 May 2024, 20:50

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə müxalifətinə müraciət edib. O, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarlarını, yəni, müxalifəti “son dərəcə diqqətli” olmağa çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident mayın 12-də keçirdiyi brifinqdə bəyanatla çıxış edib.

 

O deyib: "Mitinq iştirakçılarına müraciət etmək istəyirəm ki, diqqətli olsunlar. Bəzilərinin sizi - müxalifəti təxribata çəkmək planları var. Buna görə də istəyirəm ki, siz çox diqqətli olasınız. Bu, qorxu deyil, ehtiyatlı olmaqdır".

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?