Modern.az

Lavrov qaldı, Şoyqu getdi - Rusiyanın yeni HÖKUMƏTİ

Lavrov qaldı, Şoyqu getdi - Rusiyanın yeni HÖKUMƏTİ

Dünya

12 May 2024, 22:16

Sergey Lavrov yenidən Rusiyanın xarici işlər naziri olacaq.

 

Modern.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin parlamentə onun xarici işlər naziri vəzifəsinə təyin edilməsini təklif edib.

 

Ölkənin müdafiə naziri Sergey Şoyqu isə yeni hökumətdə təmsil olunmayacaq. 

 

Vladimir Putin müdafiə naziri vəzifəsinə Rusiya baş nazirinin birinci müavini Andrey Belousovun təyin edilməsini təklif edib.

 

Vladimir Putin həmçinin namizədlər təklif edib:

 

Bundan başqa Putin daxili işlər naziri vəzifəsinə Vladimir Kolokoltsev, Mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə nazir vəzifəsinə Aleksandr Kurenkov, ədliyyə naziri vəzifəsinə Konstantin Çuyçenko, Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsinə - Sergey Narışkin, Federal Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə - Aleksandr Bortnikov, Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin direktoru vəzifəsinə - Viktor Zolotov, Federal Mühafizə Xidmətinin direktoru vəzifəsinə - Dmitri Koçnev, Prezidentin Xüsusi Proqramlar Baş İdarəsinin rəisi vəzifəsinə - Aleksandr Linzin təyin olunmasını istəyib.

 

Federasiya Şurası mayın 14-də təhlükəsizlik blokunun nazirləri və Xarici İşlər Nazirliyinin rəhbəri vəzifələrinə namizədlərlə bağlı məsləhətləşmələr üçün iclas keçirəcək. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi