Modern.az

Rusiyanın yeni müdafiə naziri KİMDİR.. - O, hərbçi deyil!

Rusiyanın yeni müdafiə naziri KİMDİR.. - O, hərbçi deyil!

Dünya

12 May 2024, 23:22

2024-cü il mayın 12-də Rusiya prezidenti Vladimir Putin müdafiə naziri vəzifəsinə Andrey Belousovun namizədliyini irəli sürüb. O, bu vəzifədə Sergey Şoyqunu əvəz edəcək.

 

Modern.az bildirir ki, 1959-cu ildə Moskvada anadan olan Belousov Rusiyanın əvvəlki hökumətində baş nazirin birinci müavini vəzifəsində çalışıb.

 

Onun atası Rem Belousov Sovet İttifaqının tanınmış iqtisadçısı olub və 1960-cı illərin iqtisadi islahatlarının inkişafında yaxından iştirak edib.

 

Andrey Belousov 1981-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. İqtisad elmləri doktorudur.

 

1981-2006-cı illərdə əvvəl SSRİ, sonra Rusiya Elmlər Akademiyasında müxtəlif vəzifələrdə çalışıb.

 

2000-2006-cı illərdə Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin baş direktoru və eyni zamanda Rusiya hökuməti sədrlərinin ştatdankənar məsləhətçisi olub, 2010-cu ilə qədər Rusiyanın inkişaf proqramının hazırlanmasında Strateji Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq edib.

 

O, 2006-2008-ci illərdə Rusiya Federasiyasının İqtisadi İnkişaf və Ticarət nazirinin müavini, 2008-2012-ci illərdə Rusiya Federasiyası Hökumətinin İqtisadiyyat və Maliyyə Departamentinin direktoru olub.

 

2012-ci ildən 24 iyun 2013-cü ilə qədər Rusiya Federasiyasının iqtisadi inkişaf naziri.ə vəzifəsində çalışıb. O, Avropa Yenidənqurma və İnkişaf Bankında Rusiyadan menecer və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankında menecer müavini olub. 2013-2020-ci illərdə isə Vladimir Putinin iqtisadi məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb.

 

2015- 2018-ci illərdə "Rosneft" neft şirkətinin Direktorlar Şurasının sədri olub.

 

O, 2020-ci il yanvarın 21-dən Rusiya Federasiyası Baş nazirinin birinci müavini vəzifəsində çalışıb və 2020-ci il aprelin 30-dan mayın 19-dək hökumət başçısı vəzifəsini icra edib. 

 

Dmitri Peskov Putinin Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə mülki məmur təyin etməsini yeniliklərin tətbiqi zərurəti ilə izah edib.

 

“Bu gün döyüş meydanında yeniliyə daha çox açıq olan, ən sürətli tətbiqə daha açıq olan qalib gəlir, - o deyib.

 

Peskov vurğulayıb ki, Andrey Belousov təkcə mülki məmur deyil, həm də Rusiyanın İqtisadi İnkişaf Nazirliyinə çox uğurla rəhbərlik etmiş, uzun müddət prezidentin iqtisadi məsələlər üzrə köməkçisi olmuş, Rusiya hökumət sədrinin birinci müavini olmuş şəxsdir.

 

Kreml nümayəndəsi qeyd edib ki, Müdafiə Nazirliyi innovasiyalara, bütün qabaqcıl ideyaların tətbiqinə tamamilə açıq olmalıdır, iqtisadi rəqabət üçün şərait yaratmalıdır: "Prezident buna görə də Andrey Removiç Belousovun namizədliyinin üzərində dayanıb”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?