Modern.az

Bəzi Qərb dövlətləri Gürcüstanda şəffaflığın olmasını istəmirlər - Spiker

Bəzi Qərb dövlətləri Gürcüstanda şəffaflığın olmasını istəmirlər - Spiker

Dünya

13 May 2024, 00:32

Çox təəssüf ki, bu gün nə ABŞ, nə də bəzi Avropa ölkələri Gürcüstandakı təsirlərinin şəffaf olmasını istəmirlər.

 

Modern.az xəbər verir ki, bu sözləri Gürcüstan parlamentin sədri Şalva Papuaşvili deyib.

 

O bildirib ki, xarici ölkələrin təsiri ilə bağlı şəffaflıq bəzi xarici ölkələrin maraqlarına uyğun deyil, bu təbiidir. Bu qanun gürcü xalqının maraqlarına uyğundur. Konqres şəffaflığın təmin edilməsi əvəzinə, Milli Demokratiyaya Dəstək Fondunu gizli şəkildə maliyyələşdirir. Bu zaman isə Gürcüstandakı siyasi partiyalar və radikal qruplar əksinə, gizli xərcləmələri təşviq edirlər.

 

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Konqresi Gürcüstanın Baş nazirini hakimiyyət “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini, gürcü xalqının hüquq və azadlıqlarını pozan digər təşəbbüsləri geri götürməyəcəyi təqdirdə, Belarus tipli sanksiyalarla hədələyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?